• cümə, 19 Aprel, 17:54
  • Baku Bakı 25°C

“Qarabağ” üçün özünütəsdiq anı

29.11.18 10:50 515
“Qarabağ” üçün özünütəsdiq anı
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyunları keçiriləcək.
Kaspi.az xəbər verir ki, E qrupunda mübarizə aparan Azərbaycan çempionu "Qarabağ” Bakı Olimpiya Stadionunda "Sportinq”lə qarşılaşacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv növbəti mərhələ şansını saxlamaq üçün Lissabon təmsilçisinə mütləq qalib gəlməlidir. Əks halda, "köhlən atlar” qrupdan çıxmaq şansını itirəcək.
Bu komandalar arasında Portuqaliyada baş tutan ilk görüşdə "Qarabağ” "Sportinq”ə 0:2 hesabı ilə məğlub olub.
Qrupun digər oyununda "Vorskla” "Arsenal”ı qəbul edəcək.
Avropa Liqası, 5-ci tur
E qrupu
29 noyabr
21:55. Qarabağ - Sportinq
Hakimlər: Petr Ardeleanu, Petr Blazey, Tomas Mokruş, Yan Patak, Zbinek Proske, Emanuel Marek (hamısı Çexiya)
Bakı Olimpiya Stadionu.
21:55. Vorskla - Arsenal
banner

Oxşar Xəbərlər