• cümə axşamı, 25 aprel, 06:18
  • Baku Bakı 14°C

"Qarabağ” tarixinin 2-ci nəticəsini təkrarlayıb

12.03.18 17:05 842
"Qarabağ” tarixinin 2-ci nəticəsini təkrarlayıb
"Qarabağ” ardıcıl 7 oyundu evdə qol buraxmır. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, Qurban Qurbanovun yetirmələri sonuncu dəfə 2017-ci il sentyabrın 22-də "Sumqayıt”la qarşılaşmada (4:1) qonaqların qol vurmasına şahid olublar.

Həmin görüşdən sonra 169 gündü qapısını toxunulmaz saxlayan meydan sahibləri "Zirə” ilə iki matçda (0:0, 2:0), həmçinin "Səbail” (1:0), "Sumqayıt” (2:0), "Neftçi” (1:0), "Qəbələ” (0:0) və "Kəpəz”lə (1:0) qarşılaşmalarda doğma azarkeşləri önündə qol buraxmayıblar. Bəxtiyar Həsənalızadənin VI turun oyununun 8-ci dəqiqəsindən sonra başlayan quru seriya "Zirə” ilə XIX turun görüşündə 712 dəqiqəyə çatıb.

Evdə 7 matçda qol buraxmayan "Qarabağ” tarixinin 2-ci nəticəsini təkrarlayıb. Bu,ağdamlıların 1995-ci ildə imza atdığı seriyanın təkrarı olsa da, 2 il əvvəlki rekorda çatmaq üçün daha 3 görüşdə qol buraxmamalıdı.
Qeyd edək ki, "Qarabağ” məğlubiyyətsiz seriyalarını da uzadıb.Ağdamklubu evdə 15, ümumilikdə 11 görüşdü uduzmur.
banner

Oxşar Xəbərlər