“Qarabağ” Sloveniyadan qələbə ilə qayıdır - Video
Dünən Azərbaycan klubları üçün yeni avrokubok mövsümünə start
verilib.
Kaspi.az xəbər verir ki, təmsilçilərimizdən ilk olaraq "Qarabağ”
mübarizəyə başlayıb. Son 5 mövsümün dəyişməz Azərbaycan çempionu yenə UEFA
Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıb.
Qurban Qurbanovun çalışdırdığı Ağdam klubu ÇL-in 1-ci təsnifat
mərhələsi çərçivəsində səfərdə Sloveniya çempionu "Olimpiya” ilə qarşılaşıb.
Matç Azərbaycan çempionunun minimal hesablı qələbəsi ilə başa çatıb. Komandalar
bu oyunu 10 nəfərlə başa vurublar. Öncə meydan sahibləri, sonda isə
"Qarabağ" azlıqda qalıb. Ağdam klubunun heyətində Qara Qarayev ikinci
sarı - qırmızı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu iyulun 18-də
Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
UEFA Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyun
11 iyul
Olimpiya - Qarabağ 0:1
Qol: D.Gerrye, 79.
Qırmızı vərəqə: A.İssa, 85 - Q.Qarayev, 90+1.
Hakimlər: Lourens Visser, Karel de Roker, Co de Vayrd, Bram van Drişe
(hamısı Belçika).
Lyublyana. "Stojitse” stadionu.