AZE | RUS | ENG |


“Qarabağ” “Samtredia”nı böyük hesabla məğlub edib

“Qarabağ” “Samtredia”nı böyük hesabla məğlub edib
"Qarabağ” bu gün yeni avrokubok mövsümünə start verib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu ardıcıl 4-cü dəfə qatıldığı Çempionlar Liqasında ilk görüşünə çıxıb.
 
Qitənin ən nüfuzlu turnirinə II təsnifat mərhələsindən başlayan Ağdam təmsilçisi "Samtredia” ilə üz-üzə gəlib.
 
Matça olduqca sürətli başlayan təmsilçimiz erkən qol vurmağa müyəssər olub. Əfran İsmayılov 10-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. Hücumlarını davam etdirən ağdamlılar 37-ci dəqiqədə daha bir dəfə fərqləniblər. Bu dəfə Dino Ndlovu qapını düzgün nişan alıb. CAR millisinin keçmiş üzvü hissənin tamamına saniyələr qalmış özünə qarşı kodubluğa görə təyin olunmuş ikinci penaltini də boşa verməyib. İlk 45 dəqiqə 3:0 hesabı ilə başa çatıb.
 
İkinci yarıya rəqib hücumlarla başlasa da, çempionumuz soyuqqanlılıqla müdafiə olunub. Rəqibə öldürücü zərbə isə son 10 dəqiqədə vurulub. Əvvəlcə sona 7 dəqiqə qalmış yeni transfer Donald Gerryer debüt oyununda azarkeşləri qolla salamlayıb. Ardınca isə Miçel pərdəni endirən zərbənin müəllifi olub - 5:0.
 
Beləliklə, Gürcüstan təmsilçisi ötən il "Qəbələ" ilə oyunda olduğu kimi (5:1) bu dəfə də paytaxtımızdan biabırçı məğlubiyyətlə ayrılıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007