• çərşənbə axşamı, 16 aprel, 11:42
  • Baku Bakı 14°C

“Qarabağ” “Real”ın stadionunda məşq edəcək

30.10.17 13:35 917
“Qarabağ” “Real”ın stadionunda məşq edəcək
Çempionlar Liqasının 4-cü turunda səfərdə "Atletiko” ilə qarşılaşacaq "Qarabağ” bu gün Madriddə ilk məşqinə çıxacaq.
Kaspi.az xəbər verir ki, Ağdam təmsilçisi "Real”ın yardımçı meydançalarından olan "Estadio Alfredo Di Stefano” stadionunda məşq edəcək.
Məşq yerli vaxtla saat 11:45-də (Bakı vaxtı ilə saat 14:45) reallaşacaq. Bu gün yerli vaxtla saat 19:00-da (Bak vaxtı ilə 23:00) isə Qurban Qurbanovun yetirmələri qarşılaşmanın keçiriləcəyi "Vanda Metropolitano” stadionunda oyunöncəsi son məşqinə çıxacaq.
"Atletiko” - "Qarabağ” oyunu oktyabrın 31-i saat 23:45-də başlayacaq.
banner

Oxşar Xəbərlər