• cümə, 29 Mart, 09:32
  • Baku Bakı 5°C

“Qarabağ” oyuna itki ilə çıxacaq

18.02.14 12:37 1139
“Qarabağ” oyuna itki ilə çıxacaq
Kaspi.Az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqanın XXII turunda “sarı-qırmızı”ları qəbul edəcək komanda hazırlıqlarını tamamlayaraq oyun saatını gözləyir.
Sonuncu turda AZAL-la qarşılaşdıqdan sonra istirahət etmədən dərhal hazırlıqlara başlayan komanda artıq “kamp”dadır.
“Qarabağ”da “Rəvan”la oyun öncəsi ciddi itki var. Qara Qarayev vərəqə limitini doldurduğuna görə oyunu buraxmalı olacaq.
Qeyd edək ki, “Rəvan” - “Qarabağ” fevralın 19-u, 17:00-da “Bayıl Arena”da keçiriləcək.
banner

Oxşar Xəbərlər