• cümə axşamı, 18 aprel, 05:35
  • Baku Bakı 15°C

"Qarabağ" növbəti dəfə Avroliqanın qrup mərhələsində!

30.08.18 22:54 688
"Qarabağ" növbəti dəfə Avroliqanın qrup mərhələsində!
Bu gün UEFA Avropa Liqasının pley-off çərçivəsində "Qarabağ" Bakıda Moldovanın "Şerif" klubunu qəbul edib.
Trend-in məlumatına görə, ilk görüşdə minimal hesabla məğlub olan Ağdam təmsilçisi oyuna çox fəal başlayıb. Artıq 9-cu dəqiqədə Maksim Medvedevin zərbəsi dəqiq olub. "Qarabağ"ın təhlükəli hücumlarının məntiqi nəticəsi kimi 41-ci dəqiqədə fərq artıb: Donald Gerye baş zərbəsi ilə moldovalıları məyus edib - 2:0. İlk hissə bu hesabla başa çatıb.
Oyunun 55-ci dəqiqəsində F.Ozobiç fərqlənib - 3:0.
Oyun 3:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin püşkü avqustun 31-də atılacaq.
Xatırladaq ki, ötən mövsüm isə "Qarabağ" Azərbaycan futbolu tarixində ilkə imza ataraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Bundan əvvəl isə ardıcıl 3 dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.

banner

Oxşar Xəbərlər