• şənbə, 20 Aprel, 05:56
  • Baku Bakı 15°C

"Qarabağ münaqişəsinin ədalətli həlli üçün Fransa səylərini əsirgəməyəcək"

26.05.18 18:11 469
"Qarabağ münaqişəsinin ədalətli həlli üçün Fransa səylərini əsirgəməyəcək"
Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidentiİlham Əliyevə təbrik ünvanlayıb.
APA-nın xəbərinə görə, məktubda deyilir: "Cənab Prezident.
Azərbaycanın milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səadət və firavanlıq diləməkdən və səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycanın 1918-ci ildə bəyan edilmiş və 1991-ci ildə bərpa olunmuş müstəqilliyinin yüz illiyini qeyd etdiyi bir vaxtda, stabil, müasir və çiçəklənən belə bir dövlət qurmaq üçün adətən çətin keçilən yol mənə bəllidir.
Ölkələrimiz arasında bütün sahələrdə əlaqələri möhkəmləndirməkdə qətiyyətli olduğuma Sizi əmin etmək istərdim. Azərbaycan gələcək çağırışların həllində vəAvropa İttifaqıilə yaxınlaşmanın davam etdirilməsində daim Fransanın dəstəyinə arxalana bilər.
Eyni zamanda, icazə verin,Dağlıq Qarabağmünaqişəsinin danışıqlar yolu ilə, ədalətli və dayanıqlı həlli yolunun nəhayət tapılması üçün Minsk Qrupunun həmsədri kimi Fransanın bütün səylərini əsirgəməyəcəyini bir daha vurğulayım.
Cənab Prezident, iyul ayının sonunda Sizinlə Parisdə görüşmək ümidindəyəm. Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
banner

Oxşar Xəbərlər