• cümə axşamı, 28 mart, 12:49
  • Baku Bakı 16°C

Qarabağ münaqişəsi İtaliyanın 2018-ci ildə ATƏT-ə sədrliyi dövründə gündəlikdə əsas yer tutacaq

29.07.16 20:57 1358
Qarabağ münaqişəsi İtaliyanın 2018-ci ildə ATƏT-ə sədrliyi dövründə gündəlikdə əsas yer tutacaq
"Ukraynadakı böhran vəATƏTməkanındakı həlli uzanmış münaqişələr (Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələri), miqrant və qaçqın axını, Aralıq dənizinin cənub sahillərində olan ölkələrlə gücləndirilmiş tərəfdaşlıqATƏT-ə sədrliyimiz dövründə gündəliyimizdə əsas yer tutan məsələlər olacaq”.

APA-nın xəbərinə görə, bunu İtaliya xarici işlər naziri Paolo Centiloni ölkəsinin 2018-ci ildəATƏT-ə sədrliyi zamanı diqqət yetirəcəyi məsələlərlə bağlı danışarkən bildirib.

P. Centiloni qeyd edib ki, İtaliyanınATƏT-ə sədrliyi ilə bağlı qəbul edilən qərar ölkəninAvropada sülh və sabitliyin möhkəmləndirilməsinə fəal şəkildə töhfə verməyə sadiq olduğunu göstərir.

Qeyd edək ki,ATƏT-in hazırkı sədri Almaniyadır. Quruma sədrliyi 2017-ci ildə Avstriya, 2018-ci ildə isə İtaliya təhvil alacaq.
banner

Oxşar Xəbərlər