• cümə axşamı, 25 aprel, 04:09
  • Baku Bakı 19°C

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillər alınacaq

13.03.18 18:49 563
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillər alınacaq
Azərbaycan prezidentiİlham ƏliyevAzərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqındasərəncam imzalayıb.

APA-nın məlumatına görə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədi ilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.10.8-ci yarımbəndində göstərilmiş məbləğin 10 milyon manatıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər