AZE | RUS | ENG |

“Qarabağ” məğlub, “Fənərbaxça” darmadağın oldu

“Qarabağ” məğlub, “Fənərbaxça” darmadağın oldu
Avropa Liqasında qrup mərhələsinin oyunlarına start verilib.
 
Kaspi.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" səfərdə Portuqaliya "Sportinq”i ilə qarşılaşıb və 2 cavabsız qolla uduzub. "Köhlən atlar”ın yer aldığı E qrupunun digər oyununda "Arsenal" "Vorskla" ilə üz-üzə gəlib. London klubu bol qollu matçdan inamlı qələbə ilə ayrılıb.
 
Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan "Astana"sı isə ilk turda Ukraynada Kiyev "Dinamo"sunun qonağı olub. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
 
Türkiyənin Avropa Liqasındakı təmsilçilərindən "Beşiktaş" evdə Norveç "Sarpsporq"u ilə qarşılaşıb və qələbə qazanıb. "Fənərbaxça" səfərdə Zaqreb "Dinamo"suna böyük hesabla uduzub. Türkiyənin daha bir təmsilçisi - "Akhisarspor" da "Krasnodar"la ev oyununda minimal hesabla uduzub.
 
Avropa Liqası, qrup mərhələsi 
1-ci tur
 
20 senytabr
 
A qrupu
 
AEK (Larnaka, Kipr) - Sürix (İsveçrə) 0:1
 
Qol: Kololli, 61-pen.
 
Ludoqorets (Bolqarıstan) - Bayer (Almaniya) 2:3
 
Qol: Keseru, 8. Marselinyo, 31 - Haverts, 38; 69. Telin, 63.
 
B qrupu
 
Seltik (Şotlandiya) - Rusenborq (Norveç) 1:0
 
Qol: Qriffits, 87.
 
Leyptsiq (Almaniya) - Zalsburq (Avstriya) 2:3
 
Qol: Laymer, 70. Poulsen, 82 - Dabbur, 20. Haydara, 22. Qulbrandsen, 89.
 
C qrupu
 
Kopenhagen (Danimarka) - Zenit (Rusiya) 1:1
 
Qol: Sotiriu, 63 - Mak, 44.
 
Slaviya (Praqa, Çexiya) - Bordo (Fransa) 1:0
 
Qol: Jaromir, 35.
 
D qrupu
 
Dinamo (Zaqreb, Xorvatiya) - Fənərbaxça (Türkiyə) 4:1
 
Qol: Sunyiç, 16. Hayroviç, 27; 57. Olmo, 60 - Noyştadter, 47.
 
Spartak (Trnava, Slovakiya) - Anderlext (Belçika) 1:0
 
Qol: Oraveç, 79. 
 
E qrupu
 
Arsenal (İngiltərə) - Vorskla (Poltava, Ukrayna) 4:2
 
Qol: Obameyanq, 32; 56. Uelbek, 48. Özil, 74 - Çesnakov, 77. Şarpar, 90.
 
Sportinq (Lissabon, Portuqaliya) - Qarabağ (Azərbaycan) 2:0
 
Qol: Rafinya, 54. C.Kabral, 88.
 
F qrupu
 
Düdelanj (Lüksemburq) - Milan (İtaliya) 0:1
 
Qol: İquayn, 59.
 
Olimpiakos (Yunanıstan) - Betis (İspaniya) 0:0
 
G qrupu
 
Rapid (Vyana, Avstriya) - Spartak (Moskva, Rusiya) 2:0
 
Qol: Timofeyev, 50-öz qapısına. Murq, 68.
 
Vilyarreal (İspaniya) - Reyncers (Şotlandiya) 2:2
 
Qol: Bakka, 1. Moreno, 69 - Eyrfild, 67. Lafferti, 76.
 
H qrupu
 
Latsio (İtaliya) - Apollon (Kipr) 2:1
 
Qol: L.Alberto, 14. İmmobile, 84-pen – Zelaya, 88.
 
Marsel (Fransa) - Ayntraxt (Frankfurt, Almaniya) 1:2
 
Qol: Okampos, 3 – Torno, 52. Yoviç, 89.
 
I qrupu
 
Beşiktaş (Türkiyə) - Sarpsporq (Norveç) 3:1
 
Qol: Babel, 51. Roko, 69. Lens, 82 - Zakariassen, 90+3.
 
Genk (Belçika) - Malmö (İsveç) 2:0
 
Qol: Trossard, 37. Samata, 71.
 
J qrupu
 
Akhisarspor (Türkiyə) - Krasnodar (Rusiya) 0:1
 
Qol: Klaesson, 26.
 
Sevilya (İspaniya) - Standard (Lyej, Belçika) 5:1
 
Qol: Baneqa, 8; 74-pen. F.Vaskes, 41. Ben Yedder, 49; 70 – Djenepo, 39.
 
K qrupu
 
Dinamo (Kiyev, Ukrayna) - Astana (Qazaxıstan) 2:2
 
Qol: Tsiqankov, 11. Qarmaş, 45 – Aniçiç, 21. Murtazayev, 90.
 
Renn (Fransa) - Yablonets (Çexiya) 2:1
 
Qol: Sarr, 31. Ben Arfa, 90-pen – Travnik, 54.
 
L qrupu
 
PAOK (Yunanıstan) - Çelsi (İngiltərə) 0:1
 
Qol: Villian, 7.
 
Videoton (Macarıstan) - BATE (Belarus) 0:2
 
Qol: Tuominen, 27. Filipenko, 85.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN