• şənbə, 20 Aprel, 03:18
  • Baku Bakı 15°C

“Qarabağ” London sınağında

13.12.18 10:55 777
“Qarabağ” London sınağında
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq.
Kaspi.az xəbər verir ki, son Azərbaycan çempionu "Qarabağ” 6-cı turda "Arsenal”ın qonağı olacaq. Komandalar arasında Bakıda keçirilən ilk görüşdə "topçular” 3:0 hesablı qələbə qazanıb.
Komandaların yer aldığı E qrupunda London təmsilçisi ilə Portuqaliyanın "Sportinq” klubu ötən turdan 1/16 final mərhələsinə vəsiqəni təmin etdiyi üçün bu görüş formal xarakter daşıyır.
Qrupun digər oyununda isə "Sportinq” "Vorskla”nı qəbul edəcək.
Avropa Liqası qrup mərhələsi, 6-cı tur
E qrupu
13 dekabr
00:00. Arsenal - Qarabağ
Baş hakim: Yens Moe
Yan xətt hakimləri: Lars Hummelqor, Heyne Serensen
Əlavə köməkçilər: Yorgen Burxardt, Morten Kroq
Dördüncü hakim: Esper Dal (hakimlər briqadası Danimarkadandır)
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: Styrbjörn Oskarsson (Finlandiya)
London. "Emireyts” stadionu
banner

Oxşar Xəbərlər