• şənbə, 20 Aprel, 14:41
  • Baku Bakı 23°C

“Qarabağ” - “Kukesi” matçını hansı telekanal yayımlayacaq?

31.07.18 17:35 505
“Qarabağ” - “Kukesi” matçını hansı telekanal yayımlayacaq?
"Qarabağ” avqustun 1-də Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında "Kukesi"ni (Albaniya) qəbul edəcək.
Kaspi.az xəbər verir ki, saat 21:00-da start götürəcək qarşılaşmanı hansı telekanalın yayımlayacağı məlum olub. Azarkeşlər "Qarabağ” - "Kukesi” matçına "CBC Sport” telekanalında baxa biləcəklər. Bu barədə Ağdam klubunun rəsmi saytı xəbər yayıb.
Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Albaniyada keçirilən ilk oyun heç-heçə başa çatmışdı - 0:0.
banner

Oxşar Xəbərlər