• cümə axşamı, 18 aprel, 04:47
  • Baku Bakı 15°C

“Qarabağ” “İnter”lə “sülh bağladı” - NƏTİCƏLƏR

29.10.14 18:53 1428
“Qarabağ” “İnter”lə “sülh bağladı” - NƏTİCƏLƏR
Bu gün Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları keçirilib. Autsayder “Araz Naxçıvan" öz meydanında “Qəbələ”yə uduzub. AZAL - “Simurq” oyunu heç-heçə nəticələndiyi halda, “Neftçi” səfər meydanında “Bakı”ya, “Xəzər Lənkəran” isə “Sumqayıt”a qalib gəlib. Turun son görüşündə isə “İnter” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Tərəflərin cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb.
AZAL – “Simurq” - 2:2
Qollar: Rəşad Abdullayev, 56 (pen.); Eduardo Makiel, 79 - Samir Zərgərov, 15; Əli Gökdəmir, 90+1
“Araz Naxçıvan” – “Qəbələ” 0:1
Qol: Pavol Farkaş, 21
“Bakı” – “Neftçi” - 1:3
Qollar: Nurlan Novruzov, 55 - Julius Vobay, 38; Araz Abdullayev, 62; Kaue de Silva, 85
“Sumqayıt” – “Xəzər Lənkəran” 1:2
Qollar: Məhəmməd Qurbanov, 42 - Qabriel Fernando, 26; Alfred Sanko, 67
“İnter” – “Qarabağ” 0:0
banner

Oxşar Xəbərlər