• cümə, 19 Aprel, 11:01
  • Baku Bakı 13°C

“Qarabağ” ilk qol və ilk xal “axtarış”ında

08.11.18 10:50 742
“Qarabağ” ilk qol və ilk xal “axtarış”ında
"Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Kaspi.az xəbər verir ki, "köhlən atlar” 4-cü tur çərçivəsində səfərdə Ukrayna "Vorskla”sı ilə qarşılaşacaq.
Ağdam təmsilçisi cari mövsümdə Avropa Liqasının qrup mərhələsində keçirdiyi oyunların hamısında məğlub olub. Belə ki, "Qarabağ” səfərdə "Sportinq”ə 0:2, Bakıda "Arsenal”a 0:3, "Vorskla”ya isə 0:1 hesabı ilə uduzub.
Son oyunda "Qarabağ"ı məğlub edən Poltava təmsilçisi isə səfərdə "Arsenal"a 2:4, evdə isə "Sportinq"ə 1:2 hesabı ilə məğlub olub. Azərbaycan çempionu bu görüşdə məğlub olsa, növbəti mərhələ şansını itirəcək və son iki tur komanda üçün formal xarakter daşıyacaq.
Qrupun digər oyununda "Arsenal” "Sportinq”i qəbul edəcək.
Avropa Liqası, qrup mərhələsi, 4-cü tur
8 noyabr
E qrupu
00:00. Vorskla (Ukrayna) - Qarabağ (Azərbaycan)
Baş hakim: Sandro Şörer
Yan xətt hakimləri: Bekim Zoqay, Ştefan De Almeyda
Dördüncü hakim: Raffael Tseder
Əlavə köməkçi hakimlər: Alen Byeri və Lukas Fandrix (hamısı İsveçrə)
Hakim-inspektor: Edqar Ştaynborn (Almaniya)
UEFA nümayəndəsi: Klaus Kristensen (Danimarka)
Aleksey Butovski adına stadion
00:00. Sportinq (Portuqaliya) - Arsenal (İngiltərə)
banner

Oxşar Xəbərlər