AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Qarabağ“ Gelaşvili ilə yollarını ayırdı

“Qarabağ“ Gelaşvili ilə yollarını ayırdı

İdman
17 İyun 2014, 17:31 855
Bu mövsüm Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ” gürcüstanlı hücumçu Nikolas Gelaşviliylə yollarını ayırıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün tərəflər qarşılıqlı şəkildə müqaviləni pozublar.

Ötən mövsüm Almaniyanın “Bohum” klubundan transfer olunan 29 yaşlı forvard Ağdam klubunda istənilən kimi çıxış edə bilmədi.

18 dəfə komandanın formasını geyən Gelaşvili cəmi 5 dəfə rəqib qapıçıları məyus edə bilmişdi.