• şənbə, 20 Aprel, 13:34
  • Baku Bakı 23°C

"Qarabağ" Çempionlar Liqasında həlledici oyuna çıxacaq

01.08.17 10:15 1944
"Qarabağ" Çempionlar Liqasında həlledici oyuna çıxacaq
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu "Qarabağ” növbəti avrokubok sınağına çıxacaq.
Ağdamtəmsilçisi Moldovada bu ölkənin ən titullu klubu "Şerif”in qonağı olacaq. Bakıda rəqibini məğlub edə bilməyən (0:0) Qurban Qurbanovun yetirmələrini səfərdə qollu heç-heçə də qane edir. Ardıcıl 4-cü dəfə Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn ağdamlılar tilsimlənmiş raundu keçməyə iddialıdı. Əvvəlki üç mövsümdə "Zalsburq”, "Seltik” və "Viktoriya” sədlərinə ilişdikdən sonra mübarizəni Avropa Liqasında davam etdirən "Qarabağ” bu xoşagəlməz tendensiyanı qırmalıdır.
İndiyədək heç bir Azərbaycan klubu qitənin ən nüfuzlu klub turnirinin pley-offunda oynamayıb. Tiraspolda uğur qazanmaqla bu turnirin pley-offuna yüksələcək "Qarabağ” qrup mərhələsinə vəsiqəni təmin edəcək. Çünki növbəti raundda məğlubiyyət Avropa Liqasının, qələbə isə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə verir. "Şerif” səddi keçilməsə, "Qarabağ” yenidən Avropa Liqasının pley-offunda oynamalı olacaq.
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
1 avqust
21:00. "Şerif” (Moldova) – "Qarabağ” (Azərbaycan)
Baş hakim: Roy Reynşreyber (İsrail)
Tiraspol. "Şerif” stadionu
İlk oyun - 0:0
banner

Oxşar Xəbərlər