• cümə axşamı, 18 aprel, 11:21
  • Baku Bakı 12°C

“Qarabağ” - “Çelsi” matçına doğru: Heyətlər açıqlandı

22.11.17 20:03 4591
“Qarabağ” - “Çelsi” matçına doğru: Heyətlər açıqlandı
Bu gün Çempionlar Liqasında V turun növbəti oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi "Qarabağ” da meydana çıxacaq.

C qrupunda mübarizə aparan çempionumuz son ev matçında İngiltərə "Çelsi”sini qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Qurban Qurbanovun yetirmələri üçün həlledici görüşlərdən biridi.

Belə ki, "Qarabağ”ın avrokubok taleyi böyük ölçüdə V turun nəticələrindən asılıdı. Çünki bu qarşılaşmalardan sonra Ağdam təmsilçisinin 1/8 final şansı da, Avropa Liqası ümidi də qala, hətta sonuncu yer də rəsmiləşə bilər.

Çempionlar Liqasının 1/8 finalına yüksəlmək üçün nəzəri şanslara malik komandamız mütləq qalib gəlməlidi. "Çelsi” üzərində qələbə Qurbanovun yetirmələrini sonuncu tur öncəsi böyük ümid verəcək. "Roma”nın səfərdə "Atletiko”ya uduzması isə bu ümidləri artıra bilər. Çünki son turda İtaliyaya səfər edəcək "Qarabağ” romalılarla əyani dueldə vəsiqələrdən biri üçün mübarizə apara bilər.

Qələbə həm də minimum vəzifə - Avropa Liqasına vəsiqə şansını artıracaq. Heç-heçə də bu şansı saxlayacaq. Lakin qitənin ikinci dərəcəli klub turniri arzusu üçün "Roma”nın "Atletiko”nu məğlub etməsi, ən pis halda bərabərliyi lazımdı. Hər iki halda 3-cü yerin sahibi son turda bəlli olacaq.

Lakin sonuncu tur "Qarabağ” üçün formallığa da çevrilə bilər. Çempionumuz "Çelsi”yə uduzsa, "Atletiko” italiyalıları məğlub etsə, Qurbanovun yetirmələrinin sonuncu yer tutacağı rəsmiləşəcək. Amma təmsilçimiz məğlubiyyətlə də üçüncülük şansını saxlaya bilər. Bunun üçün "Roma”nın səfərdən xalla dönməsi lazımdı.

Çempionlar Liqası
Qrup mərhələsi, V tur
22 noyabr, C qrupu


21:00. "Qarabağ” (Azərbaycan)-"Çelsi” (İngiltərə)
Baş hakim: Manuel De Souza
Baş hakimin köməkçiləri: Alvaro Meskuita,Rikardo Santos
Dördüncü hakim: Nuno Pereyra
Əlavə hakim köməkçiləri: Fabio Verissimo, Luis Migel Branko Qodinyo(hamısı Portuqaliya)
Bakı Olimpiya Stadionu

"Qarabağ”:13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerye
Ehtiyat oyunçular:1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Baş məşqçi:Qurban Qurbanov

"Çelsi”:13. Tibo Kurtua, 2. Anton Rüdiger, 3. Markos Alonso, 4. Sesk Fabreqas, 7. Nqolo Kante, 10. Eden Azar, 11. Pedro Rodrigez, 21. Davide Zappakosta, 22. Villian, 28. Sezar Azpilikueta, 30. David Luiz
Ehtiyat oyunçular:1. Villi Kabalyero, 6. Danni Drinkvoter, 9. Alvaro Morata, 14. Timo Bokoyako, 24. Qari Keyxil, 27. Andersen Kristensen, 66. Düjon Sterlinq
Baş məşqçi:Antonio Konte
banner

Oxşar Xəbərlər