• cümə, 29 Mart, 13:08
  • Baku Bakı 14°C

“Qarabağ“ əlindən gələni etdi, amma... - Avropa Liqası

03.10.14 10:07 1179
“Qarabağ“ əlindən gələni etdi, amma... - Avropa Liqası
Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” da qitənin ikinci dərəcəli klub turnirində növbəti matçını keçirib.
İlk turda dogma azrkeşləri önündə “Sent-Etyen”lə qolsuz bərabərliyə qalan Azərbaycan çempionu qrupda ilk səfər sınağına çıxıb. Qurban Qurbanovun yetirmələri məşhur “Cüzeppe Meattsa” stadionunda İtaliyanın “İnter” klubu ilə qarşılaşıb.
Ağdam təçsilçisi A seriyasının son turunda “Kalyari”yə 1:4 hesabı ilə uduzan milanlılardan ən azı 1 xal almaq niyyətində idi ki, təmsilçimizin istəyi reallaşmayıb.
Oyuna yaxşı başlayan komandamız 18-ci dəqiqədə gözlənilmədən qapısında top görür. İbrahim Şehiçi Danilo Dambrosio cəzalandırıb. Fasiləyə məğlub durumda yollanan ağdamlılar ikici yarıda qol vurmaq əvəzinə, növbəti dəfə mərkəzdən başlamağa məcbur olub. Bu dəfə “İnter”in hücumçusu Mauro İkardi dəqiq oynayıb. Matçın sonuna qədər “Qarabağ”ın ciddi cəhdlərinə baxmayaraq, hesab arasındakı fərqi azltmaq mümkün olmayıb – 2:0.
Beləliklə, “Qarabağ” Avropa Liqasında qrup mərhələsin ikinci oyununda meydanı xalsız tərk edib./apasport.az/
Avropa Liqası
Qrup mərhələsi
II tur
2 oktyabr
“İNTER” (İTALİYA) - “QARABAĞ” (AZƏRBAYCAN) - 2:0
QOLLAR: Danilo Dambrosio, 18, Mauro İkardi, 85
banner

Oxşar Xəbərlər