• çərşənbə, 24 Aprel, 14:56
  • Baku Bakı 27°C

Qarabağ danışıqlarını yerindən tərpətməyə çalışırıq - Elmar Məmmədyarov

14.03.14 12:25 1248
Qarabağ danışıqlarını yerindən tərpətməyə çalışırıq - Elmar Məmmədyarov
“Bu həftə ATƏT-in Minsk Qrupun həmsədrləri ilə ayrı-ayrılıqda görüşmüşük. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, danışıqları yalnız danışıqlar xatirinə aparmaq düzgün deyil”.
APA-nın məlumatına görə, bunu Van şəhərində Azərbaycan, İran, Türkiyə xarici işlər nazirlərin üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, bu, təkcə Azərbaycan və Ermənistan deyil, region üçün də təhlükədir: “Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərində saxlayır və bu region üçün təhlükəlidir. Təmas xəttində insidentləri azaltmağa ehtiyac var. Biz çalışırıq ki danışıqları yerindən tərpədək. Biz Ermənistanla sülh naminə əməkdaşlıq etməyə hazırıq, amma bunun üçün Ermənistan işğal etdiyi torpaqlardan çəkilməlidir”.
banner

Oxşar Xəbərlər