• cümə, 29 Mart, 09:39
  • Baku Bakı 5°C

“Qarabağ danışıqlarına böyük siyasi impuls verilməlidir”

30.08.13 14:26 1311
“Qarabağ danışıqlarına böyük siyasi impuls verilməlidir”
“Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların növbəti mərhələdə nəticə verməsi, qaçqın və məcburi köçkünlər probleminin həll olması üçün əsas məsələ Ermənistanın yalan illüziyalarının aradan qaldırılmasıdır”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ASAİF-in IX Yay Forumunda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: “Son zamanlar beynəlxalq birlik də bu yanaşmaya üstünlük verir. Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlara böyük siyasi impuls verilməlidir”.
banner

Oxşar Xəbərlər