• cümə, 29 Mart, 00:44
  • Baku Bakı 7°C

“Qarabağ” bu gün tarix yazacaqmı?

11.12.14 09:19 916
“Qarabağ” bu gün tarix yazacaqmı?
Apasport.az saytının məlumatına görə, qrupun yekun qarşılaşmaları ilə 1/16 finalın son vəsiqələrin sahibləri bəlli olacaq.
Turnirdə yeganə təmsilçimiz “Qarabağ” da meydana çıxacaq. Ağdam klubunun taleyinə bu görüşdə aydınlıq gələcək.
Belə ki, F qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri son sınaq qarşısında “İnter”lə üz-üzə gələcək. 1/16 final yolunda son addımını atmağa çalışacaq təmsilçimizə bu oyunda istənilən hesablı qələbə də kifayətdi. Hazırda turnir cədvəlinin 2-ci pilləsində yer alan “Qarabağ” qalib gəlsə, Ukraynada yerli “Dnepr”lə Fransa “Sent-Etyen”inin oyununun 1/16 final baxımından heç bir əhəmiyyəti qalmayacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayaacq. Oyunu isə çexiyalı hakim Mioslav Zelinka idarə edəcək.
banner

Oxşar Xəbərlər