• cümə, 29 Mart, 05:35
  • Baku Bakı 7°C

"Qarabağ" bu gün Avropa Liqasının rekordçusu ilə qarşılaşacaq

28.11.19 10:37 463
"Qarabağ" bu gün Avropa Liqasının rekordçusu ilə qarşılaşacaq
Bu gün "Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
"Report" xəbər verir ki,Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsininVturu çərçivəsində İspaniyanın "Sevilya" komandasının qonağı olacaq."Ramon Sançes Pisxuan"stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 24:00-da start götürəcək.
A qrupunda yer alan "Qarabağ" və Kiprin APOEL komandasının4xalı var. Lakin nikosiyalılar şəxsi oyunlardakı üstünlüyə görə(2:1, 2:2)2-ci pillədə qərarlaşıblar Növbəti mərhələni təmin edən Avropa Liqasının rekord sayda -5dəfə qalibi olan "Sevilya"nın12, Lüksemburq "Düdelanj"ının isə3xalı var.
Bu isə o deməkdir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Sevilyada uduzsa və APOEL səfərdə "Düdelanj"ı məğlub etsə, Azərbaycan çempionu Avropa Liqasında növbəti raundda yüksəlmək şansını itirir.
24:00. "Sevilya" (İspaniya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Məhəmməd Əl-Hakim
Yan xətt hakimləri: Fredrik Kliver və Mahbod Beigi
Dördüncü hakim: Martin Strömberqsson (hamısı İsveç)
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu
banner

Oxşar Xəbərlər