• cümə, 29 Mart, 18:01
  • Baku Bakı 14°C

“Qarabağ” Braziliyadan oyunçu gətirdi

31.07.13 12:36 2344
“Qarabağ” Braziliyadan oyunçu gətirdi
Azerisport.az xəbər verir ki, Ağdam klubu Yunanıstan “Olimpiakos”undan Çumbinyonu transfer edib
27 yaşlı futbolçu braziliyalıdır. Meydanın mərkəzində, pleymeyker mövqeyində çıxış edən tam adı Marinaldo Çiçero da Silva olan futbolçu ilə 2 illik müqavilə bağlanıb. Artıq braziliyalının adı Avropa Liqası üçün sifariş vərəqəsinə də salınıb.
Maraq üçün bildirək ki, 1986-cı ildə anadan olmuş Çumbinyo karyerası ərzində çoxlu klublarda çıxış edib. O, karyerasına 2005-2006-cı illərdə vətənində “Sao Paulo”da başlayıb. 2006-cı ildə Çumbinyo “America-SP” klubuna icarəyə verilib. Elə həmin il Yaponiyanın “Kashima Antlers”ində də icarə əsasında forma geymiş yarımmüdafiəçi 2007-də “Coritiba”da oynayıb. Həmin il “Ponte Preta”da da top qovmağa imkan tapan Çumbinyonu 2008-də “Rio Claro” transfer edib. 2008-2009 mövsümündə bu futbolçunu Portuqaliyanın “Leixoes” klbubu alıb. 2009-cu ildən isə Çumbinyo Yunanıstanda çıxış edir. O, bu ölkədə əvvəlcə “Ethnikos”un şərəfini qoyurub. 2010-cu ildə isə braziliyalı “Olimpiakos”la müqavilə imzalayıb. Lakin maraqlıdı ki, elə alınan gündən bu futbolçu digər klublara icarəyə verilib. Çumbinyo son illərdə “Panserraikos”, OFI, “Levadiakos” və “Atromitos”un formasını geyinib.
Çumbinyo klub saytına açıqlamasında keçidi ilə bağlı bunları söyləyib: “Qarabağ”a dəvət gəldiyi zaman klub haqqında maraqlandım. Həfədləri, heyətini gördükdən sonra dərhal razılaşdım. Oyunlarını izlədkdən sonra doğru yerə gedəcəyimi düşündüm. Bilirəm ki, “Qarabağ” texnikalı futbol oynayır. Bilirəm ki, məndən də hər kəs eyni şeyi gözləyir. Oyun üslubum “Qarabağ”a uyğun gəlməsəydi, məni komandada görmək istəməzdilər. “Qarabağ”a fayda verməyə gəlmişəm. Bilirəm ki, əsas heyətdə yer almaq üçün çox çalışmalıyam. Faktiki, komanda hazırda uğurlu çıxış edir. Amma mən də iddialıyam. Meydana çıxacağım günü səbirsizliklə gözləyirəm”.
banner

Oxşar Xəbərlər