• cümə, 29 Mart, 14:45
  • Baku Bakı 14°C

“Qarabağ“ azarkeşlərə: “Qara bazar“dakı biletlər saxtadır“

15.09.14 19:11 1230
“Qarabağ“ azarkeşlərə: “Qara bazar“dakı biletlər saxtadır“
“Qarabağ” sentyabrın 18-də Avropa Liqasının qrup mərhələsində “Sent-Etyen”lə oyuna bilet satışı ilə əlaqədar azarkeşlərə müraciət edib. Qol.az-ın məlumatına görə, klubun direktoru Əmrah Çəlikəl son günlər Tofiq Bəhramov adına Respublika stadionu yaxınlığındakı “qara bazar”da matça qanunsuz bilet satışı aşkar edilib. Onun sözlərinə görə, aparılan araşdırma nəticəsində müəyyən olunub ki, dövriyyədə saxta biletlər var və onlar, əsasən, mərkəzi arena yaxınlığında bəzi şəxslər tərəfindən "qara bazar"da satılır:
“Biz azarkeşlərimizə müraciət edərək bildirmək istəyirik ki, “qara bazar”dakı biletlər saxtadır, Bu biletlərlə azarkeşlərin stadiona daxil olmasına imkan verilməyəcək. Çünki oyun zamanı klub tərəfindən də biletlərə nəzarət olacaq. Odur ki,azarkeşlər biletləri ayrı-ayrı şəxslərdən deyil, Tofiq Bəhramov adına stadionunun kassalarından almalıdırlar”.
Ə.Çəlikəl onu da bildirib ki, kassalardan biletlərin kütləvi şəkildə satılmasının qarşısını almaq üçün “Qarabağ” klubunun mühafizə xidmətinin əməkdaşları və polislər kassa yaxınlığında nəzarət həyata keçirirlər.
banner

Oxşar Xəbərlər