AZE | RUS | ENG |

“Qarabağ” avrokuboklara 2 stadion sifariş verib

“Qarabağ” avrokuboklara 2 stadion sifariş verib
Topaz Premyer Liqasının lideri "Qarabağ” 2018/19 mövsümündə avrokuboklarda rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək. Bu barədə apasport.az saytına klubun icraçı-direktoru Əmrah Çəlikəl məlumat verib.
 
O bildirib ki, avrokubok üçün iki stadion sifariş veriblər. Azərbaycan çempionu hər il olduğu kimi, qarşıdakı mövsüm də ev oyunlarını mərkəzi arenada keçirəcək.
 
"Qarabağ” ehtiyat arena kimi isə Bakı Olimpiya Stadionunun adını qitə futbol qurumuna göndərib.
 
Qeyd edək ki, ölkə birinciliyində sona 6 tur qalmış ən yaxın izləyicisi "Qəbələ”ni 12 xal qabaqlayan "Qarabağ”ın ardıcıl 5-ci dəfə çempionluğu qazanaraq, Çempionlar Liqasında iştirak hüququ əldə etməsi gözlənilir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6911
GBP 1 İngilis funt sterlinqi 2.3703
TRY 1 Türk lirəsi 0.4144
KWD 1 Küveyt dinarı 5.6584
SEK 1 İsveç kronu 0.1997
EUR 1 Avro 2.0763
CHF 1 İsveçrə frankı 1.7381
USD 1 ABŞ dolları 1.7000