• çərşənbə axşamı, 23 aprel, 12:02
  • Baku Bakı 24°C

Qarabağ atı cinsinin inkişafına 2 milyon manat ayrılıb

22.02.17 19:22 837
Qarabağ atı cinsinin inkişafına 2 milyon manat ayrılıb
Azərbaycan prezidentiİlham Əliyevölkədə Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, bu sahədə seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılmasına şərait yaradılması istiqamətində həyata keçirilən tədbirlərin başa çatdırılması və Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki "AğdamAtçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Atçılıq kompleksinin tikintisi üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər