• cümə axşamı, 25 aprel, 00:34
  • Baku Bakı 19°C

“Qarabağ” – “APOEL” qarşılaşmasına 15 min bilet satılıb

10.08.19 18:07 5583
“Qarabağ” – “APOEL” qarşılaşmasına 15 min bilet satılıb
UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində Ağdamın "Qarabağ” və Kiprin "APOEL” klubları arasında avqustun 13-də Bakıda keçiriləcək cavab matçına 15 min bilet satılıb.
Bu barədəAZƏRTAC-a klubun mətbuat katibi Nurlan İbrahimov məlumat verib.
Biletlərin qiymətləri sektorlardan asılı olaraq 2, 5, 10 və 50 manatdan təklif edilir. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik Mall”, "28 Mall” və "Park Bulvar” ticarət mərkəzlərindəki "Iticket” satış məntəqələrindən, 2 və 3 saylı "ASAN xidmət” mərkəzlərindən və "iticket.az” saytından əldə etmək mümkündür.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.
Xatırladaq ki, birinci görüşdə "Qarabağ” səfərdə "APOEL” komandasını 2:1 hesabı ilə məğlub edib.
banner

Oxşar Xəbərlər