AZE | RUS | ENG |

“Qarabağ” – “APOEL” oyununa 8 min bilet satılıb

“Qarabağ” – “APOEL” oyununa 8 min bilet satılıb
UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində Ağdamın "Qarabağ” və Kiprin "APOEL” klubları arasında avqustun 13-də Bakıda keçiriləcək cavab matçına indiyədək 8 min bilet satılıb.
 
AZƏRTAC "Qarabağ” klubunun səhifəsinə istinadla xəbər verir ki, biletlərin qiymətləri sektorlardan asılı olaraq 2, 5, 10 və 50 manatdan təklif edilir. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik Mall”, "28 Mall” və "Park Bulvar” ticarət mərkəzlərindəki "Iticket” satış məntəqələrindən, 2 və 3 saylı "ASAN xidmət” mərkəzlərindən və "iticket.az” saytından əldə etmək mümkündür.
 
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.
Xatırladaq ki, birinci görüşdə "Qarabağ” səfərdə "APOEL” komandasını 2:1 hesabı ilə məğlub edib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946