• cümə, 29 Mart, 00:53
  • Baku Bakı 7°C

“Qarabağ“ alman klubu ilə heç-heçə etdi

23.01.14 14:29 1172
“Qarabağ“ alman klubu ilə heç-heçə etdi
Antalyada hazırlıqları davam etdirən "Qarabağ" bu gün növbəti yoxlama oyununa çıxıb.
Qol.az-ın məlumatına görə, Ağdam təmsilçisi Almaniyanın 3-cü Bundesliqasında mübarizə aparan “Vuppertaler” klubu ilə qarşılaşıb. Əsasən, ikinci heyətlə mübarizə aparan "Qarabağ" ilk hissədə 2 qol vursa da, ikinci hissədə almanlar hesabı bərabərləşdirməyi bacarıb.
Xatırladaq ki, Qurban Qurbanovun komandası buna qədər Rumıniyanın "Dinamo" (Buxarest) (1:0) və Albaniyanın "Flamurtari" (1:2) klubları ilə qüvvəsini sınamışdı.
23 yanvar
Yoxlama oyunu
"Qarabağ" (Azərbaycan) - "Vuppertaler" (Almaniya) - 2:2
Qollar: Hacı Əhmədov, 22 (1:0), Almeyda, 27 (2:0)
banner

Oxşar Xəbərlər