• cümə, 19 Aprel, 14:12
  • Baku Bakı 25°C

“Qarabağ” Ağdama gedəcək

14.08.14 17:52 1079
“Qarabağ” Ağdama gedəcək
“Qarabağ” uzun aradan sonra 2013-2014 mövsümü sonunda ölkə çempionu oldu. Lent.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, klubun vitse-prezidenti Tahir Gözel verdiyi açıqlamada bildirmişdi ki, kuboku görmək Ağdam camaatının haqqıdı və ən uyğun zamanda kubok Ağdama aparılıb insanlara təqdim ediləcək. Avrokubokların sıx qrafiki ilə əlaqədar olaraq kubokun Ağdama aparılması yubanırdı. Artıq ölkə çempionunun Ağdama gedəcəyi tarix müəyyənləşib. “Qarabağ FK” başda Tahir Gözel olmaqla çempionat və avrokuboklara milli oyunlar səbəbindən veriləcək fasilə zamanı Ağdama yollanacaq. “Qarabağ”ımızın Ağdama səfəri Sentyabrın 1-7 arasında baş tutacaq.
banner

Oxşar Xəbərlər