• cümə, 19 Aprel, 17:12
  • Baku Bakı 25°C

“Qarabağ” 7 pillə geriləyib

05.05.14 12:16 1190
“Qarabağ” 7 pillə geriləyib
Apasport.az saytının məlumatına görə, qurum 2013-cü il mayın 1-dən 2014-cü il aprelin 30-dək olan dövr üçün planetin 201 ən yaxşılarını müəyyənləşdirib.
Son aylarda olduğu kimi, İFFHS-in cədvəlində Azərbaycanın yeganə təmsilçisi “Qarabağ”dır. Ötən ay 126 xalla dünyanın 112-cisi olan Qurban Qurbanovun yetirmələri apreldəki çıxışları üzündən 7 pillə geriləyib. Hazırda 123 xalı olan Ağdam təmsilçisi 119-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahının ilk 2 pilləsində dəyişiklik baş verməyib. Zirvədə yenə “Bavariya” qərarlaşıb. Almaniya klubunun 354 xalı var. İspaniya “Real”ı 337 xalla 2-cidir. Digər Madrid təmsilçisi “Atletiko” xal hesabını 315-ə çatdırıb və 2 pillə irəliləməklə 3-cü olub. Bu mövqeyi əldən verən “Barselona” 6-cı yerə düşüb.
banner

Oxşar Xəbərlər