• cümə, 26 Aprel, 10:19
  • Baku Bakı 12°C

“Qara qutu”lar Malayziyaya çatdırıldı

22.07.14 09:05 1033
“Qara qutu”lar Malayziyaya çatdırıldı
"BBC”-yə istinadən verdiyi xəbərə görə, "qara qutular” Malayziya nümayəndələrinə gecə saatlarında jurnalistlərin iştirakı ilə təhvil verilib. Qeyd edək ki, "qara qutular”ın təhvil verilməsi bundan əvvəl bir neçə dəfə təxirə salınmışdı.
Məlumata görə, tərəflər təhvil-təslim aktı imzalayıblar. Akt "qutular”ın Mülki Aviasiya Beynəlxalq Təşkilatının (İCAO) nümayəndələrinə təhvil verilməsini nəzərdə tutur.
Qeyd edək ki, qondarma Donetsk xalq respublikasının "baş naziri” Aleksandr Boroday tədbirdə çıxış edərək təyyarənin vurulmasına görə məsuliyyəti Kiyevin üzərinə atıb.
Malayziya nümayəndələri Borodayın çıxışına dair heç bir şərh verməyiblər./apa/
banner

Oxşar Xəbərlər