AZE | RUS | ENG |

“Qara qızıl”ın qiyməti son 7 həftənin maksimumuna yüksəlib

“Qara qızıl”ın qiyməti son 7 həftənin maksimumuna yüksəlib
Dünya birjalarında neftin qiyməti son 7 həftənin maksimumuna yüksəlib.
AZƏRTAC xəbər verir ki, "qara qızıl”ın qiyməti ABŞ-ın xam neft ehtiyatları azalması və Meksika Körfəzində ehtimal olunan qasırğalar fonunda bahalaşır.
Belə ki, ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 9,5 milyon barrel azalaraq 459 milyon barrel olub. Əvvəlki həftə isə ehtiyatlar 1,1 milyon barrel azalmışdı.
BP və "Chevron” kimi böyük hasilatçılar bu həftə gözlənilən qasırğalarla əlaqədar Meksika Körfəzindəki istehsal sahələrindəki işçilərini evakuasiya edib.
Qeyd edək ki, neftin qiyməti İranla bağlı gərginliyin artmasının regionda neft axınını ləngidəcəyinə dair narahatlıqların artması fonunda ötən həftənin ortalarından etibarən yüksəlməyə başlayıb.
Hazırda "Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 67,35 dollara, "Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 60,72 dollara satılır.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9162
GEL 1 1 Gürcüstan larisi 0.5985
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1363
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.7269
KWD 1 1 Küveyt dinarı 5.5859
TRY 1 1 Türkiyə lirəsi 0.2968