• cümə, 19 Aprel, 05:39
  • Baku Bakı 18°C

Qara Qarayevin ev-muzeyində Polad Bülbüloğlu ilə görüş keçirilib

09.02.20 09:20 5035
Qara Qarayevin ev-muzeyində Polad Bülbüloğlu ilə görüş keçirilib
Fevralın 8-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti Polad Bülbüloğlu ilə görüş keçirilib.
Trend-in məlumatına görə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Qara Qarayevin ev-muzeyinin filial müdiri Züleyxa Bağırova-Qarayeva çıxış edərək qonaqları salamlayıb, yubilyar haqqında xoş sözlərini bildiriblər.
Xalq artisti Polad Bülbüloğlu Qara Qarayevlə bağlı xatirələrini danışıb. Bildirib ki, Qara Qarayev böyük sənətkar olub. Onun yaradıcılığı, böyük məktəbdir.
Yubilyar deyib ki, konservatoriyada oxuduğu müddətdə Qara Qarayev ona tövsiyələr verib, sonradan şəxsiyyət kimi yetişməsində böyük rol oynayıb. Qeyd edib ki, "Ayrıllq” mahnısını yazanda Qara Qarayev ona qulaq asdıqdan sonra təəccübünü gizlətməyib, uğurlu bir kompozisiya olduğunu söyləyib. Bu mahnı sonradan onu populyar edib.
"Hər zaman partitura yazanda onun sözləri qulağımda səslənir. Onun evində olmaqdan çox məmnunam. O, hər zaman mənim müəllimim olaraq qalacaq”, - deyə P.Bülbüloğlu əlavə edib.
Görüşün bədii hissəsində Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova, Beynəlxalq müsabiqələr laureatları Fəxri Kazım Nicat, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Taleh Yəhyayev, Mahir Tağızadə və F.Əmirov adına on bir illik incəsənət məktəbinin şagirdi Rafiz İbrahimovun ifalarında Polad Bülbüloğlunun əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
Görüş zamanı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyaları əsasında hazırlanmış Polad Bülbüloğlunun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş edilib.
banner

Oxşar Xəbərlər