AZE | RUS | ENG |

“Qara Qarayev. Yol” sənədli filminin təqdimatı olub

“Qara Qarayev. Yol” sənədli filminin təqdimatı olub
Dekabrın 19-da Nizami Kino Mərkəzində dahi Azərbaycan bəstəkarı Qara Qarayevə həsr olunmuş "Qara Qarayev .Yol” sənədli filminin təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, film Mədəniyyət Nazirliyinin sifarişi ilə Rusiyanın "Divi” telokompaniyası tərəfindən ərsəyə gəlib.

Təqdimat sənədli film haqqında məlumat verilib. Bildirilib ki, film bəstəkarın həyat və yaradıcılığına həsr olunub. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Qara Qarayevin anadan olmasının 100 illiyi ölkəmizdə və ölkəmizdə geniş qeyd edilməkdədir. Eyni zamanda, 2018-ci ilin fevral ayından başlayaraq Rusiya, Türkiyə, Amerika, Fransa, Belçika, Avstriya, Almaniya, Böyük Britaniya, İsrail, Polşa, Macarıstan, Gürcüstan və Ukraynada dahi bəstəkara həsr olunmuş geniş tərkibdə tədbirlər, yubiley gecələri keçirilib. Beynəlxalq təşkilatların təşəbbüsü ilə 2018-ci il bütün türk dünyasında "Qara Qarayev ili” kimi qeyd edilib. Bəstəkarın yubileyi Fransada UNESCO-nun mənzil-qərargahında keçirilib. Qara Qarayevin bəstələri "MEZZO” musiqili kanalında səsləndirilib. Bu gün isə yubiley tədbirlərinin yekunu olaraq Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan "Qara Qarayev .Yol” sənədli filminin təqdimatı keçirilir.

Filmin ssenari müəllifi Nina Smirnova, operatoru Dmitri Novoselov, icraçı prodüseri Dmitri Dulov, milliyə direktoru isə Vera İlyinadır. Film ilk dəfə Rusiyanın "Mədəniyyət” kanalında nümayiş etdirilib.

Daha sonra filimə baxış olub. Film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət, incəsənət və elm xadimləri iştirak ediblər.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973