• cümə axşamı, 28 mart, 17:10
  • Baku Bakı 16°C

Qara Dəniz ölkələrinin media şəbəkəsi yaradılır

22.05.13 15:15 1810
Qara Dəniz ölkələrinin media şəbəkəsi yaradılır
Ötən ilin sonunda Bakıda Qara Dəniz ölkələrinin QHT-lərinin II forumu Forumu keçirildi. Bu günlərdə həmin forumun Ankarada keçirilən növbəti toplantısında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev yenidən təşkilatın prezidenti seçilb.
Həmin toplantı çərçivəsində Qara Dəniz ölkələrinin media nümayəndələrinin də şəbəkəsinin yaradılması haqqında razılığa gəlinib. Bu məqsədlə Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı da forumun işində iştirak edib.
Yeni şəbəkənin yaradılmasında əsas məqsəd Forumun işinə dəstək olmaqdır. Bu şəbəkə çərçivəsində Qara Dəniz ölkələrinin jurnalistlərinin fəaliyyətlərini əlaqələndirmək, onların iş birliyinə nail olmaq, həm Azərbaycan QHT-lərini təbliğ etmək, həm də region QHT-ləri arasında əlaqələrin daha da dərinləşməsinə kömək etməkdir. Şəbəkənin köməyilə QHT-lərin Azərbaycanın milli və dövlət maraqlarının müdafiəsinə yönələn fəaliyyətlərinə informasiya dəstəyi veriləcək.
Ankara Forumunda Azərbaycan tərəfindən Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin (PJB) sədri Elşad Eyvazlı, Türkiyə təmsilçisi kimi “Ekoavrasiya” jurnalının redaktoru xanım Yeşim Özcan yeni şəbəkənin əlaqələndiricisi olmağı razılaşdırılıb.
Qeyd edək ki, Tərəfsiz Jurnalilər Birliyi hazırda “Qara Dəniz ölkələrinin QHT-ləri arasında əlaqələrin gücləndirilməsində medianın rolunun artırılması” layihəsini icra edir. Layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur. Layihə boyunca www.modern.az saytında bu şəbəkəyə həsr edilən ayrıca səhifə yaradılacaq, orada QDİƏT-ə üzv ölkələrdə fəaliyyət göstərən KİV-lər haqqında məlumatlar yerləşdiriləcək.
Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi bu ilin iyulun sonuna qədər şəbəkəni daha da genişləndirmək, burada 30-a yaxın ölkənin mətbuatının nümayəndəsinin iştirakını təmin etmək, şəbəkəni beynəlxalq jurnalist qurumuna çevirməyi planlaşdırır.
banner

Oxşar Xəbərlər