AZE | RUS | ENG |

Qara çayın tərkibində mərkəzi sinir sistemi üçün vacib olan kofein var

Qara çayın tərkibində mərkəzi sinir sistemi üçün vacib olan kofein var
Çayın yaşıl, qara və ağ növləri var. Çayı düzgün qəbul etmədikdə onun faydasından çox zərəri olur. Mütəxəssislərin rəyinə görə, bir çox xəstəliklərin qarşısının alınmasında çay faydalı vasitədir. Ancaq çaydan düzgün istifadə ediləndə onun xeyrini görmək olar.
AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, qida təhlükəsizliyi mütəxəssisləri hər gün insanın 400-600 milliqram, yaxud 4 stəkan yaşıl çay içməsinin vacibliyini bildirirlər. Hər gün içilən 1 stəkan qara çay isə zehni qüvvətləndirir. Çay içərkən onun miqdarına və şəkərsiz içilməsinə diqqət yetirilməlidir.
Keyfiyyətli və yaxşı dəmlənilmiş çay baş ağrılarını, fiziki və zehni yorğunluğu aradan qaldırır. Qara çayın tərkibində mərkəzi sinir sistemi üçün çox vacib olan kofein var. Həmin maddə yorğunluğu aradan qaldırır, ürək döyüntülərinin sayını artırır, beyinin işini yaxşılaşdırır, yaddaşı möhkəmləndirir, əhvali-ruhiyyəni yaxşılaşdırır. Bununla yanaşı qara çayın tərkibindəki saponinlər iltihab əleyhinə təsir göstərir.
Çayın düzgün hazırlanması çox vacib məsələdir. Bunun üçün şüşə, saxsı və çini dəm çayniklərindən istifadə etmək lazımdır. Çayı dəmlədikdən sonra bir saat ərzində içmək məsləhət görülür.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9052
GEL 1 1 Gürcüstan larisi 0.6115
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1644
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1782
CHF 1 1 İsveçrə frankı 1.6952
KWD 1 1 Küveyt dinarı 5.5881
TRY 1 1 Türkiyə lirəsi 0.2794