• cümə axşamı, 25 aprel, 03:29
  • Baku Bakı 19°C

Qar Ağsu aşırımında nəqliyyatın hərəkətində çətinliklər yaradıb

23.11.16 17:00 910
Qar Ağsu aşırımında nəqliyyatın hərəkətində çətinliklər yaradıb
Ötən gün axşamdan yağan qar Bakı-Şamaxı-Yevlax avtomobil yolunun dağlıq ərazilərdən keçən hissəsində və Ağsu aşırımında nəqliyyatın hərəkətində bir sıra çətinliklər yaradıb. Ötən gecə yollar buz bağlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Ağsu rayon 16 nömrəli Yol İstismar İdarəsinin ağır texnikaları və işçi qüvvəsi Ağsu dolaylarında yolun hərəkət hissəsinin qar və buzdan təmizlənməsinə cəlb olunub.

Hazırda xüsusi təyinatlı avtomobillə və əl əməyi ilə yola qum və duz səpilir. Ötən gecə yolun bəzi yerlərində avtomobillərin hərəkətində çətinliklərin yarandığı, bir neçə avtomobilin yolda qaldığı bildirilir. Bu gün səhər saatlarından başlayaraq Ağsu aşırımında aparılan qar təmizləmə işləri, eləcə də buz bağlamış yerlərə qum səpilməsi nəticəsində yolda avtomobillərin hərəkəti bərpa olunub. Hazırda dolaylarda nəqliyyatın hərəkəti bərpa olunub.

Üç növbəli iş rejiminə keçən Yol İstismar İdarəsinin işçiləri magistral yolda avtomobillərin təhlükəsiz hərəkəti üçün lazımi şərait yaradıblar. Hazırda Ağsu və Şamaxı rayonunun dağlıq ərazilərində qarın yağması davam edir. Sürücülərə ehtiyac olmayan halda Ağsu aşırımından istifadə etməmək, alternativ yollarla hərəkət etmək tövsiyə olunur. Axşama doğru bu yolların buz bağlamaq ehtimalı var. Həmçinin yolun qarlı-buzlu olması ilə yanaşı havanın dumanlı olması da gecə və gündüz saatlarında dolaylarda hərəkətə çətinlik törədir və təhlükəli vəziyyət yaradır.
banner

Oxşar Xəbərlər