• çərşənbə, 24 Aprel, 08:42
  • Baku Bakı 13°C

Qapıçı və ailəsi dəhşətli qəzada öldü

18.12.18 10:25 605
Qapıçı və ailəsi dəhşətli qəzada öldü
Belarusda dəhşətli qəza baş verib.
Kaspi.az xəbər verir ki, "Kia” markalı avtomobil qarşı yola çıxaraq, "Mercedec” markalı evakuatorla toqquşub. "Kia”da olan sərnişinlərdən 3-ü hadisə yerində ölüb.
"Kia”nı idarə edən Belarusun "Vitebsk” klubunun qapıçısı Andrey Şerbakov olub. Avtomobildə onun həyat yoldaşı və 2 azyaşlı övladı olub.
Şerbakov, həyat yoldaşı və uşaqlardan biri dünyasını dəyişib. Digər uşaq sağ qalıb və xəstəxanaya yerləşdirilib.
Qəza dekabrın 18-də səhər saat 7-də baş verib. Şerbakov "Vitebsk”də 2016-cı ildən çıxış edirdi.
banner

Oxşar Xəbərlər