• cümə axşamı, 25 aprel, 21:22
  • Baku Bakı 21°C

Qanunvericiliyin, ərazi planlaşdırılması praktikasının işlənilməsinə dəstək

07.02.19 10:15 451
Qanunvericiliyin, ərazi planlaşdırılması praktikasının işlənilməsinə dəstək
Avstriyalı və litvalı ekspertlər 11-13 fevral tarixlərində milli qanunvericilik, ərazi, məkan və şəhər planlaşdırılması standartlarının hazırlanmasına dəstək vermək üçün Azərbaycana səfər edəcəklər.
Trend-in məlumatına görə, ekspertlər bu sahədə tətbiq edilə biləcək Aİ qanunvericiliyin icmalını və standartları təqdim edəcəklər, azərbaycanlı həmkarlarına onların tətbiqi ilə bağlı kömək edəcəklər.
Seminar Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAIEX) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təşkil olunacaq.
banner

Oxşar Xəbərlər