• çərşənbə axşamı, 16 aprel, 17:53
  • Baku Bakı 19°C

Qanunsuz sənəd tələb edən vəzifəli şəxslər cəzalandırılacaq

29.05.13 11:51 1541
Qanunsuz sənəd tələb edən vəzifəli şəxslər cəzalandırılacaq
Azərbaycanda hüquq müəyyənedici sənədlərin (diplomların, iş yerini təsdiq edən vəsiqələrin, pasportların, şəxsiyyət vəsiqələrinin və sair) verilməsi ilə bağlı qanunla nəzərdə tutulmayan sənədləri tələb edən vəzifəli şəxslər üçün cəzalar müəyyənləşir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 348-7 maddəsinin əlavə olunması müzakirəyə çıxarılacaq.
Yeni maddəyə görə, hüquqmüəyyənedici sənədlərin verilməsi üçün qanunla nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə görə bunu tələb edən səlahiyyətli, vəzifəli şəxs 300 manatdan 400 manata qədər cərimə olunacaqlar. Layihə Milli Məclisin 31 may iclasında müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər