AZE | RUS | ENG |

Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb

Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN-dən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Elnur Mirzəyevin "Daewoo” markalı avtomobilindən qundağı və lüləsi kəsilmiş "İJ-16” markalı tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb.

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini İntiqam Əzizovdan "BUM” markalı ov tüfəngi götürülüb.

Polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Maarif Mirzəyev nömrəsi silinmiş "Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 5 ədəd patronu könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Faktlarla bağlı araşdırmalar aparılır.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163