• cümə, 19 Aprel, 23:07
  • Baku Bakı 24°C

Qanunsuz ova qarşı reydlər keçirilib

01.12.14 15:21 1216
Qanunsuz ova qarşı reydlər keçirilib
“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən 24-30 noyabr 2014-cü il tarixlərində növbəti reydlər keçirilib. ETSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, reyd zamanı Samux rayonu Palıdlı meşəsi adlanan ərazidə ovla məşğul olan Samux rayon Füzuli kənd sakini Əli Əliyev saxlanılaraq ondan 1 ov tüfəngi və 2 ovlanmış qaşqaldaq quşu götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimə olunub.
Sarısu Ovçuluq Təssərrüfatı ərazisində keçirilmiş reyd zamanı qanunsuz ov edən Saatlı rayonu Musalı kənd sakini Namiz İsmayılov saxlanılıb və ondan 1 ov tüfəngi, 8 ördək götürülüb. Təqsirkar şəxs barəsində akt və protokol tərtib olunaraq 1040 manat məbləğində cərimə və iddia tətbiq edilib.
Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində keçirilmiş reyd zamanı ov edən Neftçala rayonu Dördlər kənd sakini Vüsal Həsənov saxlanılaraq ondan 1 ov tüfəngi götürülüb. İnzibati xətaya yol vermiş şəxs barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilərək o, 1000 manat məbləğində cərimə olunub.
Qax Dövlət Təbiət Yasaqlığının ərazisində ovla məşğul olan Zaqatala rayonu Tala kənd sakini Ramiz Qardaşov saxlanılaraq ondan 1 ov tüfəngi və 29 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib olunub və o, 1000 manat məbləğində cərimə edilib.
Eyni zamanda, Cəlilabad rayonu Zəvvar Ovçuluq Təssərrüfatı, Lənkəran rayonu Haftoni qəsəbəsi və Xaçmaz rayonu Muxtadır-Sibiroba ərazilərində ov edən 3 naməlum şəxs saxlanılıb. Faktlarla bağlı aktlar tərtib olunaraq həmin şəxslərdən 3 ov tüfəngi, 5 patron götürülüb. Sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti Rayon Polis Şöbələrinə müraciət edilib.
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.
banner

Oxşar Xəbərlər