• çərşənbə axşamı, 19 mart, 12:30
  • Baku Bakı 8°C

Qanunsuz ov edənlər saxlanılıb

22.01.18 13:50 1001
Qanunsuz ov edənlər saxlanılıb
Polis orqanlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması, həmçinin qanunsuz saxlanılan silah-sursatın aşkarlanması, könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Şəki və Ağsurayonlarında keçirilən belə tədbirlər zamanı 4 nəfər saxlanılıb, onlardan 2 ədəd ov silahı götürülüb.

Şəki rayonunun Çeşməli kəndinin ərazisindəki "Qarasu” adlanan meşə zolağında qanunsuz ov edənLaçınrayon sakini Elman Rəhimov,Kəlbəcərrayon sakinləri Səfər Salmanov və qardaşı Coşqun polis əməkdaşları tərəfindən saxlanılıblar. C. Salmanovdan müvafiq sənədləri olmayan "İJ-16” markalı ov tüfəngi götürülüb.
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindənşəhər sakini Saməddin Kazımov Ülgüc kəndi ərazisində qanunsuz ov etdiyi üçün saxlanılıb. Ondan müvafiq sənədləri olmayan "TOZ” markalı ov tüfəngi götürülüb.

Saatlı RPŞ-nin əməkdaşları Dədə Qorqud kənd sakini Ramin Hacıyevdən "İJ-16” markalı ov tüfəngi və 11 ədəd patron,Sabirabad RPŞ-nin əməkdaşlarırayon sakinləri Sabir Lətifovdan və Namus Niftiyevdən müvafiq sənədləri olmayan "TULA” və "İJ-58” markalı ov tüfəngləri götürülüb.
Zərdab rayonununÇallı kənd sakini Eyvaz Osmanov müvafiq sənədləri olmayan "İJ-17” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.
banner

Oxşar Xəbərlər