• şənbə, 20 Aprel, 04:56
  • Baku Bakı 15°C

Qanunsuz ət kəsimləri ləğv edilib - Dövlət Xidməti

15.05.15 07:36 1114
Qanunsuz ət kəsimləri ləğv edilib - Dövlət Xidməti
DBNX: Bakıda və turizm infrastrukturunun inkişaf etdiyi rayonlarda qeyri-qanuni ət kəsimləri tam şəkildə ləğv olunub

“I Avropa Oyunları ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti mayın 1-dən etibarən gücləndirilmiş iş rejimində çalışır. Artıq aldığımız son məlumatlara görə, Bakı, Mingəçevir, habelə turizm infrastrukturunun inkişaf etdiyi Qəbələ, Şəki, İsmayıllı, Şamaxı və Qusar rayonlarında qeyri-qanuni kəsimlər tam şəkildə ləğv olunub”. Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
Y. Xanvəli bildirib ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmovanın I Avropa Oyunları ilə əlaqədar imzaladığı əmrdə nəzərdə tutulan məsələlərə əməl olunması istiqamətində işlər aparılır: “Heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti aparılan bütün yerlərdə dövlət baytarlıq nəzarəti gücləndirilib. Digər tərəfdən, mal bazarlarında, eləcə də kənd təsərrüfatı məhsulları satılan ticarət mərkəzlərində baytarlıq-sanitariya qaydalarına əməl edilməsi təmin olunması istiqamətində işlər aparılır”.
Qeyd edək ki, ötən ay I Avropa Oyunları ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova əmr imzalayıb. Əmrdə qeyd olunub ki, Bakı, Mingəçevir, turizm infrastrukturunun inkişaf etdiyi Qəbələ, Şəki, İsmayıllı, Şamaxı və Qusar rayon baytarlıq idarələri mayın 1-dən iyulun 1-dək gücləndirilmiş iş rejimində çalışacaqlar.
banner

Oxşar Xəbərlər