• çərşənbə axşamı, 23 aprel, 17:36
  • Baku Bakı 24°C

Qanunlara aid yeni veriliş hazırlanıb

27.05.15 14:18 1125
Qanunlara aid yeni veriliş hazırlanıb
Azərbaycanda hər il yeni qanunlar, müxtəlif sahələri tənzimləyən qaydalar qəbul edilir. Lakin çox vaxt ictimaiyyətin yeni sənədlərin faydalı tərəflərindən xəbəri olmur. Bəzən bir çox qanun pozuntuları da məhz bilgisizlikdən, məlumatsızlıqdan qaynaqlanır.
Bu sahədə maarifləndirmədə dövlətə yardımçı olmaq, Milli Məclisdə qəbul olunan qanun layihələrinin təfərrüatlarının ictimaiyyətə daha effektiv çatdırılmasını təmin etmək məqsədilə İnsan Hüquqları üzrə Monitorinq və Maarifləndirmə Mərkəzi qanunlara həsr olunmuş verilişin hazırlanması üzrə layihə həyata keçirir. AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində “Səs” TV ilə razılaşma əldə olunub.
Layihə çərçivəsində hər həftə sonu “Səs” internet televiziyasında “Qanunlar nə deyir” adlı veriliş efirə gedir. Hər verilişdə yeni qəbul edilmiş və ictimaiyyət üçün əhəmiyyət kəsb edən qanunlar hüquqşünaslar və QHT təmsilçiləri, digər ekspertlərin köməyilə müzakirə olunur. Layihə boyunca bir çox qanunlar ətrafında diskussiya aparılacaq, onların müsbət tərəfləri barədə izləyicilərə məlumat veriləcək.
“Qanunlar nə deyir” verilişini tv.sia.az saytından istənilən vaxt izləmək mümkündür.
banner

Oxşar Xəbərlər