• cümə axşamı, 28 mart, 16:49
  • Baku Bakı 16°C

Qanun pozuntusu ilə bağlı MSK-ya Müraciət var

08.10.13 09:23 1250
Qanun pozuntusu ilə bağlı MSK-ya Müraciət var
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.1 maddəsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağanır. Trend-in hakim Yeni Azərbaycan Partiyasının saytına istinadən verdiyi məlumata görə, buna baxmayaraq, "Azadlıq" qəzetinin 8 oktyabr 2013-cü il tarixli sayında və "Yeni Müsavat" qəzetinin 8 oktyabr tarixli sayında qanunun bu maddəsi kobud surətdə pozularaq prezidentliyə namizədliyi "Milli Şura" deyilən qurum tərəfindən irəli sürülmüş Cəmil Həsənlinin seçki təşviqatına həsr edilmiş geniş materiallar dərc edilib.
Adı çəkilən hər iki qəzetin səhifələrində prezidentliyə namizəd Cəmil Həsənlinin təbliğinə yönəlmiş geniş materillar verilmiş, adı çəkilən namizədin digər prezidentliyə namizədlər əleyhinə çağırışları dərc edilib.
Qeyd etmək lazımdır ki, "Yeni Müsavat" qəzetində Seçki Məcəlləsinin tələblərinin kobud pozuntusunu ehtiva edən daha bir reklam - prezidentliyə namizəd İqbal Ağazadənin seçkiqabağı təbliğat materialı yerləşdirilib.
Yeni Azərbaycan Partiyası bütün bu qanun pozuntularının araşdırılması və hüquqi qiymət verilməsi üçün Mərkəzi Seçki Komissiyasına məktubla müraciət etmişdir.
banner

Oxşar Xəbərlər