• cümə, 19 Aprel, 02:20
  • Baku Bakı 18°C

Qanla bitən qovğa: maşınla qohumunun üstündən keçdi

28.06.13 08:24 1285
Qanla bitən qovğa: maşınla qohumunun üstündən keçdi
APA-nın verdiyi məlumata görə, Siyəzən şəhər sakini, 36 yaşlı Ələsgərov İlham Ələjdər oğlu və həmyerlisi, 39 yaşlı Məmmədov İsrafil Dadaş oğlu aralarındakı mübahisəyə son qoymaq üçün dəniz sahilinə gəliblər.
Rayonun Həmyə kəndi ərazisində dəniz sahilində İ. Ələsgərov İ. Məmmədovu döyüb, sonra isə 90 RD 246 dövlət nömrə nişanlı, “Toyota” markalı avtomobillə onun üstündən keçərək, öldürüb.
Qətlə yetirilən şəxsin meyiti müayinə üçün Xaçmaz morquna gətirilib.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.
Qatilin və qətlə yetirilən şəxsin qohum olduqları bildirilir.
banner

Oxşar Xəbərlər