• çərşənbə, 24 Aprel, 18:11
  • Baku Bakı 23°C

"Qambiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı dəstəkləyir"

08.06.18 15:06 505
"Qambiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı dəstəkləyir"
Xarici işlər naziriElmar MəmmədyarovAzərbaycana işgüzar səfəri çərçivəsində Qambiyanın xarici işlər naziri Ousainou Darboenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın XİN-in saytına istinadən verdiyi məlumata görə,tərəflər Azərbaycan və Qambiya arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə edib.BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin sıx əməkdaşlıq etdiyini bildirən nazirlər ikitərəfli əlaqələrin inkişafında müqavilə-hüquq bazasının genişləndirilməsinin və qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Nazirlər turizm, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu bildiriblər və bu xüsusda qambiyalı tələbələrin Azərbaycanın ali məktəblərində təhsil almaları və ixtisaslarının artırılması imkanlarını müzakirə ediblər.
NazirElmar MəmmədyarovADA Universiteti haqqında danışaraq Azərbaycan tərəfindən İƏT və Qoşulmama Hərəkatı üzv dövlətlərindən olan tələbələr üçün təhsil təqaüdlərinin ayrılması barədə məlumat verib.
Ermənistan-AzərbaycanDağlıq Qarabağmünaqişəsinin həlli istiqamətində aparılan son danışıqlar prosesi barədə həmsöhbətinə məlumat verən nazirElmar MəmmədyarovQambiyanın münaqişəninBMTTəhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə dair ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini bildirib.
Qambiyalı nazir ölkəsi tərəfindən beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi əsasda Ermənistan tərəfindən Azərbaycan torpaqlarının qanunsuz işğalı ilə bağlı ölkəmizə qəti dəstəkgöstərildiyini diqqətə çatdırıb.
banner

Oxşar Xəbərlər